Kriminal

Lökbatanda binada yanğın: Sakinlər təxliyə edildi

12 Feb 2026, 21:18 1 baxış
Lökbatanda binada yanğın: Sakinlər təxliyə edildi

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.


Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.


Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər