Kriminal
60 yaşlı qadın faciəli şəkildə öldü
Sabirabadda 60 yaşlı qadın dəm qazından boğularaq ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı evin hamamında dəm qazından zəhərlənib və həyatını itirib. Yaxınları onun meyitini vanna otağında aşkarlayıblar. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az