Kriminal
Qusarda 33 yaşlı kişi tüstüdən boğulub öldü
Qusarda 33 yaşlı kişi tüstüdən boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə Aşağı Ləgər kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Ramik Carulla oğlu Müslümov tək yaşadığı fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində tüstüdən yatdığı yerdə boğularaq ölüb. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az