Dünya

KİV: ABŞ ikinci aviadaşıyıcını Yaxın Şərqə göndərməyə hazırlaşır

12 Feb 2026, 03:32 2 baxış
KİV: ABŞ ikinci aviadaşıyıcını Yaxın Şərqə göndərməyə hazırlaşır
Pentaqon ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərq regionuna göndərilməsi üçün hazırlıqlara başlanılması barədə göstəriş verib. Oxu.Az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri amerikalı məmurlara istinadən xəbər verir. Bundan əlavə, nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, missiyanın başlanması barədə birbaşa əmr amerikalı hərbi qulluqçulara artıq yaxın saatlarda verilə bilər. Qeyd edək ki, "USS Abraham Lincoln" aviadaşıyıcısı artıq bölgədədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər