Dünya

Satışlar gerilədi: "Heineken" ixtisara gedir

12 Feb 2026, 03:44 2 baxış
Satışlar gerilədi: "Heineken" ixtisara gedir
Niderlandın "Heineken" pivə şirkəti növbəti iki il ərzində işçi qüvvəsinin 7%-ni ixtisar edəcək. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yeni yayımlanmış hesabatında bildirilir. Satış həcmi ötən il əvvəlki illə müqayisədə 1.2% azalıb. Halbuki bir il əvvəl 1.6% artım qeydə alınmışdı. Şirkət məhsuldarlıq artımını sürətləndirmək üçün 2026-2027-ci illərdə 5 000-6 000 nəfəri işdən çıxarmağı planlaşdırır. Hazırda şirkətin dünya üzrə bütün istehsal sahələrində təxminən 85 000 nəfər çalışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər