Dünya
Qazaxıstanda yeni konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarix açıqlandı
Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə referendum martın 15-də keçiriləcək. Oxu.Az Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Vətəndaşlar səsvermədə aşağıdakı suala münasibət bildirəcəklər: "Siz Qazaxıstan Respublikasının 12 fevral 2026-cı il tarixdə kütləvi informasiya vasitələrində dərc olunmuş yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?" Yeni konstitusiya layihəsi yanvarın 31-də dərc olunmuşdu. İslahatın əsas məqamı Tokayevin ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid təşəbbüsü olub. Layihəyə əsasən, birpalatalı parlament beş il müddətinə seçilən 145 deputatdan ibarət qurultay olacaq. Həmçinin vitse-prezident institutunun tətbiqi və qanunvericilik təşəbbüsü hüququna malik ümummilli dialoq platformasının yaradılması nəzərdə tutulub. Bundan əlavə, konstitusiya din və dövlətin dəqiq ayrılmasını təsbit edir, təhsil və tərbiyə sisteminin dünyəvi xarakterini təsdiqləyir.
Mənbə
oxu.az