Digər
Türkiyə və Yunanıstan arasında 7 sənəd imzalandı
Türkiyə və Yunanıstan arasında yeddi sənəd imzalanıb.
Axar.az xəbər verir ki, sənədlərin imzalanma mərasimi Yunanıstan Baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Sənədlərin imzalanması barədə danışan Ərdoğan bunun ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, Miçotakis Türkiyədə rəsmi səfərdədir.
Mənbə
axar.az