İdman
"Araz-Naxçıvan"da yeni baş məşqçi təyinatı
Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək məqsədilə UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov "Araz-Naxçıvan"ın əsas komandasına baş məşqçi təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən, Misli Premyer Liqasının 2026/2027 mövsümündə A komandasının nəticələrinə, məşq və oyun prosesinin idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına, həmçinin mətbuatla ünsiyyətinə (mətbuat konfranslarında iştirak və komanda ilə bağlı açıqlamalar vermək) Cavid Hüseynov cavabdeh olacaq.
Mənbə
oxu.az