Digər

Hizbullah bəyanat yaydı: Cavab veriləcək!

15 Aug 2026, 18:56 2 baxış
Hizbullah bəyanat yaydı: Cavab veriləcək!

İsrailin Livana hücumları və atəşkəsi pozması davam edə bilməz.


Axar.az xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.


“Livanı, onun xalqını, suverenliyini və milli ləyaqətini müdafiə etmək məqsədilə İsrailə cavab veriləcək”, - deyə bəyanatda qeyd olunub.


Bundan əlavə, təşkilat İsraili münaqişəni gərginləşdirməkdə və Livanın cənubuna endirilən zərbələrin əhatə dairəsini genişləndirməkdə ittiham edib.


Xatırladaq ki, İsrail Livanın cənubunda yaşayış binasına zərbələr endirib. Nəticədə 11 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər