Digər
Polşada nəhəng Məryəm heykəli: Riodakını geridə qoydu - Foto
Polşanın Konotopie kəndində Avropanın ən hündür Məryəm Ana heykəlinin açılışı olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, heykəlin hündürlüyü 55,6 metrdir və bu göstərici ilə Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Xilaskar İsa” abidəsini geridə qoyur.
Bildirilib ki, abidənin tikintisini polşalı milyonçular Roman və Qrajına Karkosik maliyyələşdirib. Heykəlin postamentində müşahidə meydançası yaradılıb. Yerli hakimiyyət abidənin böyük ziyarət və turizm məkanına çevriləcəyinə ümid edir.
Mənbə
axar.az