Kriminal

Novxanıda qatarın qarşısına çıxan piyada öldü

11 Feb 2026, 20:24 1 baxış
Novxanıda qatarın qarşısına çıxan piyada öldü

11 fevral tarixində saat 19:07-də ADY-yə məxsus qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.


ADY-dən Axar.az-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.


Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.


ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.


Qeyd edək ki, hadisə nəticəsində təxminən 50 yaşlarında kişi aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Mənbə axar.az

Oxşar Xəbərlər