Kriminal

Azərbaycanda hərbçi dəm qazından boğulub öldü

11 Feb 2026, 19:34 1 baxış
Azərbaycanda hərbçi dəm qazından boğulub öldü
Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş. Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}} Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər