Kriminal

Hərbçi dəm qazından boğulub öldü - Foto

11 Feb 2026, 19:49 1 baxış
Hərbçi dəm qazından boğulub öldü - Foto

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.


Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər