Digər

Təcrübə olmadan necə iş tapaq? - Tələbələrlə də əmək müqaviləsi imzalanacaq

11 Feb 2026, 18:32 2 baxış
Təcrübə olmadan necə iş tapaq? - Tələbələrlə də əmək müqaviləsi imzalanacaq
Son illərdə şirkətlər əsasən texniki ixtisaslar, satış və maliyyə sahələrində işçi axtarır. Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, müraciət edənlərin böyük hissəsi ya təcrübəsizdir, ya da müasir dövrün tələb etdiyi rəqəmsal bacarıqlara malik deyil. Gənclər də işsizlikdən şikayətlənir, onlara təcrübə qazanmaq üçün şərait yaradılmadığını bildirirlər.
HR mütəxəssisi Səadət İsmayılovanın Baku TV-yə bildirdiyinə görə, iş bazarının tələbləri ilə gənclərin bacarıqları arasındakı uyğunsuzluq əsas problemdir: "Ali və orta ixtisas təhsilinin daha praktik, real iş bazarına uyğun təşkil olunması vacibdir. Eyni zamanda, bəzi iş imkanları rəsmi şəkildə elan olunmur və tövsiyə yolu ilə doldurulur". Bəs məsələnin həll yolu nədir? Bu istiqamətdə gənclərə necə dəstək göstərmək olar? Millət vəkili Vüqar Bayramov qeyd edir ki, Əmək Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, təcrübə proqramları çərçivəsində əmək müqaviləsinin bağlanmasına icazə veriləcək. Bu, təhsil alan tələbələrə həmçinin əməkhaqqı almaq imkanı yaradacaq. Keçmişdə tələbələrin əmək müqaviləsi bağlaması mümkün deyildi, amma yeni qaydalara əsasən artıq bu hüquq yaranacaq. Mütəxəssislər qeyd edirlər ki, ali məktəblərlə şirkətlər arasında sıx əməkdaşlıq qurulmalı, praktik yönümlü təcrübə proqramları genişləndirilməlidir. Həmçinin 15 yaşından yuxarı uşaqların məşğulluğunun təmini istiqamətində də qurumlar səviyyəsində addımlar atılmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər