Dünya
"Qiyamət günü radiostansiyası" yenidən efirdə: İki şifrəli mesaj yayıldı
"Qiyamət günü radiostansiyası" adı ilə tanınan "UVB-76" yenidən fəaliyyətə keçərək dörd dəqiqəlik fasilə ilə iki şifrəli mesaj ötürüb. Oxu.Az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini monitorinq edən "UVB-76 logi" "Telegram" kanalı məlumat paylaşıb. Yayılan məlumata əsasən, birinci mesaj fevralın 11-də, Bakı vaxtı ilə saat 10:05-də naməlum "Acroken" sözü vasitəsilə göndərilib. Dörd dəqiqə sonra, saat 10:09-da stansiya növbəti mesajını "Balıqçı" sözü ilə yayımlayıb. Bundan əvvəlki yayım fevralın 9-da "Dilənçi" sözü ilə qeydə alınmışdı. Daha əvvəl, fevralın 5-də "UVB-76" iki mesajı ardıcıl olaraq ötürmüşdü. Əvvəlcə "Vyunopen", ardınca isə "Sudbina" sözü səsləndirilmişdi.
Mənbə
oxu.az