Digər

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

11 Feb 2026, 16:10 2 baxış
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin X hesabında məlumat verilib.


“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayraqlarının rəngi ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”, - səfirlik qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər