Dünya

Yaponiya aviaşirkətinə kiberhücum: 28 min sərnişinin şəxsi məlumatları ələ keçirildi

11 Feb 2026, 14:36 2 baxış
Yaponiya aviaşirkətinə kiberhücum: 28 min sərnişinin şəxsi məlumatları ələ keçirildi
Yaponiyanın "Japan Airlines" (JAL) aviaşirkəti kompüter sisteminə kiberhücum nəticəsində 28 min sərnişinin şəxsi məlumatlarının oğurlandığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən şirkət açıqlama yayıb. Məlumata görə, hakerlərin əldə edəcəyi məlumatlar arasında müştərilərin adları, elektron poçt ünvanları və telefon nömrələri olub. Bildirilir ki, bütün hallar aydınlaşana və təhlükəsizlik təsdiqlənənə qədər sistemin fəaliyyəti dayandırılıb. Şirkət kiberhücumun digər xidmətlərə təsir göstərmədiyini də diqqətə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər