Digər

Maneə yoxdur, İran tezliklə Talibanı tanıyacaq - Biqdeli

11 Feb 2026, 13:05 2 baxış
Maneə yoxdur, İran tezliklə Talibanı tanıyacaq - Biqdeli

İranın Taliban administrasiyasını tanımaq üçün heç bir maneəsi yoxdur, bu istiqamətdə danışıqlar davam edir və Tehran tezliklə Taliban administrasiyasını tanıyacaq.


Axar.az xəbər verir ki, bunu İranın Kabildəki səfiri Əlirza Biqdeli deyib.


"Münasibətlərin səviyyəsi, Tehran və Kabildə hər iki tərəfdən səfirlərin olması, ticarət və əlaqələri genişləndirmək istəyi bir növ tanınmanın göstəricisidir", - səfir əlavə edib.


O, hazırda İran və Talibanın yaxşı tərəfdaşa çevrildiklərini qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər