Dünya

Rusiyanın Xabarovsk bölgəsində güclü zəlzələ oldu

11 Feb 2026, 12:28 2 baxış
Rusiyanın Xabarovsk bölgəsində güclü zəlzələ oldu
Rusiyanın Xabarovsk bölgəsində, Oxot dənizi sahillərində 6 bal gücündə zəlzələ olub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:29-da (Bakı vaxtı ilə saat 10:29 - red.) baş verib. Zəlzələ Oxotsk yaşayış məntəqəsindən 229 km cənub-şərqdə - Maqadandan 300 km cənub-qərbdə və 30 kilometr dərinlikdə olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər