Kriminal

Mehriban Rəhimlinin məhkəməsi başladı

11 Feb 2026, 12:40 1 baxış
Mehriban Rəhimlinin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Oxu.Az-ın məlumatına görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə çıxış edən təqsirləndirilən şəxsin vəkili Cavad Cavadov vəsatət qaldırıb. Vəkil cinayət işinə xitam verilməsini istəyib. C.Cavadov bildirib ki, müvəkkilinin fəaliyyəti dövründə aldığı maaş qrant kimi qeyd edilib. Vəkil buna görə də cinayət işinə xitam verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib, cinayət işi məhkəmə baxışına verilib. İş üzrə məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib. Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluq tərəfindən ötən ilin mart ayında istintaqa cəlb olunub. Mehriban Rəhimliyə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər