Digər
"Azercell Biznes" korporativ müştərilər üçün "İoT" və "M2M" platformasını təqdim edir
"Azercell" korporativ müştərilər üçün nəzərdə tutulmuş "Azercell Biznes" rəqəmsal ekosistemi çərçivəsində "İoT" və "M2M" platformasını təqdim edib. Platforma müştərilərə "IoT" və "M2M" cihazlarının vahid mərkəzdən idarə olunması, real vaxt rejimində nəzarət və əməliyyat səmərəliliyinin artırılması üçün çevik imkanlar verir. Yeni həll "M2M" cihazlarının statusunun və trafik istifadəsinin real vaxt rejimində idarə olunmasını, hovuz internet balanslarının tənzimlənməsini və xərclərin optimallaşdırılmasını mümkün edir. Bu yanaşma müəssisələrə müxtəlif layihələr üzrə əməliyyat risklərinin azaldılmasını və resurslardan daha səmərəli istifadə edilməsini də təmin edir. "IoT" və "M2M" həlli logistika, nəqliyyat, istehsal, maliyyə, satış, neft-qaz, eləcə də ağıllı şəhər layihələri daxil olmaqla bir çox sahələrdə tətbiq oluna bilər. Platforma müştəriyönümlü, çevik interfeys, yüksək təhlükəsizlik standartları və genişlənə bilən arxitektura ilə seçilir. Bu xüsusiyyətlər mövcud "IoT" layihələrinin rahat idarə olunması ilə yanaşı, yeni nəsil həllərin də asanlıqla platformaya inteqrasiyasını mümkün edir. Qeyd edək ki, "Azercell" bu təşəbbüslə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və ağıllı texnologiyaların tətbiqinə töhfə verməyə davam edir.
Mənbə
oxu.az