Dünya

Kunq-fu öyrənən robotlar dünyanı heyrətləndirdi

11 Feb 2026, 08:31 2 baxış
Kunq-fu öyrənən robotlar dünyanı heyrətləndirdi
Çində "Agibot" şirkətinin robotlarının iştirakı ilə qala-konsert təşkil olunub. Onlar mahnı oxuyub, rəqs edib və akrobatik hərəkətlər göstəriblər. Oxu.Az xəbər verir ki, bu barədə Aif.ru məlumat yayıb.

Məlumata görə, onların çıxışını zaldakı digər robot tamaşaçılar alqışlarla qarsalayıblar və heyranlıqlarını ifadə ediblər. Konsertin yayımını təxminən 1,4 milyon insan izləyib. Xəbərdə bildirilir ki, robotlar səhnəyə çıxmazdan əvvəl Şaolin monastırından olan döyüşçü rahiblərlə birlikdə kunq-fu hərəkətlərini də məşq ediblər. Eramızın 495-ci ilində qurulan əfsanəvi Şaolin monastırı uzun illərdir qlobal döyüş sənətlərinin mərkəzlərindən hesab olunur. İndi bu idman növünün ustaları qədim bilikləri təkcə insanlara deyil, həm də robotlara ötürürlər. Robotlar təlimçilərin hərəkətlərini diqqətlə mənimsəyiblər.

Məlumata görə, "Agibot" şirkəti robot satışında liderə çevrilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər