Dünya
Samoada güclü zəlzələ baş verdi
Sakit okeanın Samoaya məxsus Savayi adasının cənub-qərb sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri adadan 85 km cənub-qərbdə, ocağı isə 72 km dərinlikdə yerləşib. Mümkün itki və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az