Siyasət

Ceyms Devid Vens: "ABŞ ilə Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər"

10 Feb 2026, 19:27 2 baxış
Ceyms Devid Vens: "ABŞ ilə Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər"
"ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər: "Bəlkə də çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik".
Mənbə oxu.az

Oxşar Xəbərlər