Siyasət

İlham Əliyev Ceyms Devid Vensi qarşıladı - Foto

10 Feb 2026, 18:02 2 baxış
İlham Əliyev Ceyms Devid Vensi qarşıladı - Foto

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.


Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi ABŞ-ın Vitse-prezidentinə raport verib.


Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.


Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.


Sonra rəsmi foto çəkdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər