Siyasət

Əliyevlə çox yaxşı münasibətim var - Vens

10 Feb 2026, 16:26 2 baxış
Əliyevlə çox yaxşı münasibətim var - Vens

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla yaxşı münasibətlərim var.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistandan Azərbaycana səfərə yola düşməzdən əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.


“Həm Baş nazir, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var. Dünən Baş nazirin çıxışını eşitdim. Bir neçə ay əvvəlki vəziyyətlə müqayisədə indiki vəziyyəti nəzərə alsaq, o, sülh müqaviləsi ilə bağlı nikbindir. Həm azərbaycanlılar, həm də ermənilərlə məhsuldar və uğurlu əməkdaşlığımız davam edəcək”, - vitse-prezident vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər