Siyasət
Mingəçevirdə yeni layihəyə start verilir: Aİ ilə memorandum imzalanacaq
"Merlər Razılaşması proqramı daxilində Mingəçevir şəhəri ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq". Oxu.Az xəbər verir ki, bu barədə açıqlamanı Merlər Razılaşmasının ölkəmizdəki imzalayan tərəfləri üçün texniki dəstək layihəsinin rəhbəri Vitold Sartorius verib. O, bu fikirləri Avropa İttifaqı (Aİ) və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan Merlər Razılaşması Təşəbbüsü mövzusundakı tədbirdə səsləndirib. Layihə rəhbəri qeyd edib ki, qarşıda duran əsas hədəf üfüqi kommunikasiya əlaqələrinin formalaşdırılmasıdır: "Şəhərlər arasında təcrübə mübadiləsinin aparılması Merlər Razılaşmasının ən vacib elementlərindən biri hesab olunur. Məhz buna görə də biz Azərbaycanda Merlər Razılaşması üzrə milli şəbəkənin təsis edilməsinə çalışırıq. Bu gün biz çox vacib bir addım atırıq. Biz üç layihə tərəfdaşımız arasında Anlaşma Memorandumunu imzalamaq üçün hazırıq". Məlik Məlikov
Mənbə
oxu.az