Digər
ABŞ Ermənistana 11 milyon dollarlıq dron satacaq
Vaşinqton Ermənistana 11 milyon dollarlıq müşahidə dron texnologiyasının satışını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Di Vens Ermənistan baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Prezident Tramp çox yaxşı bilir ki, təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu ABŞ-ın sahib olduğu ən yaxşı hərbi texnologiyanı təmin etməkdir", - deyə Vens bildirib.
Mənbə
axar.az