Dünya
İndoneziyada daha bir güclü zəlzələ: Sumatra adası silkələndi
İndoneziyanın Sumatra adasında 6.9 maqnitudaya malik yeraltı təkanlar qeydə alınıb. Oxu.Az xəbər verir ki, hadisə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qurumun açıqlamasına əsasən, təbii fəlakətin episentri 311 minə yaxın əhalisi olan Şimali Sumatra vilayətinin Perçut şəhərindən 70 kilometr cənub-şərq istiqamətində yerləşib. Zəlzələnin ocağı 183 kilometr dərinlikdə qeydə alınıb. Hazırda zərərçəkənlər və ya dağıntılarla bağlı rəsmi məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan edilməyib. Qeyd edək ki, bir müddət əvvəl İndoneziyanın Labuan-Baco şəhərinin 161 kilometr şimal-şərqində 7.7 maqnitudalı zəlzələ baş verib və hadisə nəticəsində 38 nəfər həlak olub.
Mənbə
oxu.az