Digər

Ərdoğan Suriyaya gedir

15 Aug 2026, 16:13 3 baxış
Ərdoğan Suriyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri planlaşdırılır.


Axar.az xəbər verir ki, bunu Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz ölkə mediasına açıqlamasında deyib.


“Ümid edirik ki, bu ilin sonuna qədər Prezident Ərdoğanı Dəməşqdə görəcəyik. Cənab Ərdoğan və suriyalı həmkarı Əhməd əş-Şaranın Əməvi məscidində birlikdə gəzəcəyi o tarixi an, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücünü dünyaya bəyan edəcək”, - səfir əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər