Dünya
Tragikomik hadisə: Çinli gənclərin skamya ilə ölüm-dirim savaşı - VİDEO
Çinin xəstəxanalarından birində gözləmə zalındakı skamyada sıxışıb qalan iki gənci xilas etmək üçün işçilər mebeli sökmək məcburiyyətində qalıblar. Oxu.Az xəbər verir ki, bu barədə Incidentia.ru məlumat yayıb.
Gənc oğlan dostunu həkim qəbulunda müşayiət edirmiş və gözləyərkən mürgüləyib. Yuxuda olarkən o, elə sürüşüb ki, başı arxalıq və qoltuqaltı arasına keçib və çıxılmaz vəziyyətdə qalıb. Dostu ona bu tələdən necə qurtulmağın yolunu əyani göstərmək qərarına gəlib, lakin proses zamanı özü də orada ilişib. Nəticədə hər iki şəxsi oradan xilas etmək lazım gəlib. Yalnız xəstəxana personalı oturacaqların bərkidici detallarını açıb və konstruksiyanın bir hissəsini sökəndən sonra həmin oğlanlar oradan çıxa biliblər.

Mənbə
oxu.az