Digər
Polis 10 ildir bu qadını axtarırdı, sərhəddə tutuldu - Foto
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 10 ildir axtarışda olan Fatma Aşık saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, F.Aşık FETÖ-nun "Nevşehir Ədliyyəsində qadınların vilayət imamı" kimi fəaliyyət göstərirmiş.
Çevriliş planının (15 İyul, 2016-cı il - red) iflasından sonra yoxa çıxan və 5 oktyabr 2016-cı ildən bəri FETÖ üzvü olduğuna görə haqqında həbs qərarı çıxarılan Fatma Aşık, saxta şəxsiyyət vəsiqəsi ilə 10 il təşkilatın təhlükəsiz evlərində gizlənib.
Buna baxmayaraq, o Ədirnədə Yunanıstana qaçmağa çalışarkən yaxalanıb.
Mənbə
axar.az