Siyasət
İlham Əliyev: "Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır"
"Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır. Siz COP-u qeyd etdiniz, COP-a ev sahibliyi edən ölkənin rəhbəri olaraq mənim mesajlarımdan biri o idi ki, biz neft-qaza malik olduğumuza görə günahlandırılmamalıyıq". Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.
"Mən, həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir. Söylədiyim kimi, iki giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən - anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq", - deyə dövlətimizin başçısı vurğulayıb.

Mənbə
oxu.az