Dünya

Hakan Fidan Ərdoğan-Tramp münasibətlərinin Cənubi Qafqazdakı proseslərə təsirindən danışıb

10 Feb 2026, 01:00 2 baxış
Hakan Fidan Ərdoğan-Tramp münasibətlərinin Cənubi Qafqazdakı proseslərə təsirindən danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətləri dünya üzrə münaqişələrin nizamlanmasına töhfə verir. Oxu.Az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə "CNN Türk" telekanalına müsahibəsində danışıb. Nazir bu çərçivədə iki liderin münasibətlərinin Cənubi Qafqazda sülhün dəstəklənməsində özünü göstərdiyini vurğulayıb. Fidan Qəzza və Suriyada qeydə alınan müsbət proseslərdə də Ərdoğan-Tramp münasibətlərinin rol oynadığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər