Digər
Bu il Ukraynada ölən mülkilərin sayı... - BMT
Bu ilin ilk səkkiz ayı ərzində Ukraynada həlak olan və xəsarət alan mülki şəxslərin sayı artıq 2025-ci ilin yekun göstəricisini üstələyib.
Axar.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında Ukraynada azı 2 222 mülki şəxs həlak olub, daha 13058 nəfər yaralanıb.
Ümumilikdə, mülki itkilərin sayı 15280 nəfər təşkil edib. Ötən il isə bu rəqəm 14656 olub.
Bildirilib ki, ən çox ölüm hadisəsi iyul və avqust aylarında qeydə alınıb. İki yay ayı ərzində 820 nəfər həlak olub, 5 mindən çox insan isə yaralanıb.
Mənbə
axar.az