Dünya

Hakan Fidan: "ABŞ və İran arasında hərbi əməliyyat təhlükəsi yoxdur"

09 Feb 2026, 23:36 2 baxış
Hakan Fidan: "ABŞ və İran arasında hərbi əməliyyat təhlükəsi yoxdur"
"Hazırda ABŞ və İran arasında hərbi əməliyyat təhlükəsi yoxdur". Oxu.Az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu "CNN Türk"ə verdiyi müsahibədə bildirib. H.Fidanın sözlərinə görə, gərginliyi azaltmaq üçün həqiqi bir iradə varsa, onun təsiri dərhal nəzərə çarpır. Türkiyə xarici işlər naziri qəfil müharibə təhlükəsinin aradan qaldırılmasının son dərəcə vacib olduğunu vurğulayıb. O vurğulayıb ki, nüvə razılaşmalarının əldə edilməsi digər problemlərin də qarşısını ala bilər. Bununla belə, H.Fidan İranda rejim dəyişikliyinin mümkünlüyünə şübhə ilə yanaşıb. Nazir, həmçinin xəbərdarlıq edib ki, İran və ABŞ arasında müharibə başlasa, onun harada və necə bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. O, Tehranın ABŞ hərbi bazalarına zərbələrlə cavab verə biləcəyini, bunun münaqişənin kəskin şəkildə alovlanmasına səbəb olacağını və təkcə orduya deyil, həm də enerji sektoruna təsir edəcəyini bildirib. Nazir qeyd edib ki, belə bir ssenari regional sabitlik üçün əlavə risklər yaradacaq və terrorçuluğa qarşı mübarizəyə mane olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər