Digər

Ukrayna Mi-24 helikopterini itirdi

09 Feb 2026, 23:54 2 baxış
Ukrayna Mi-24 helikopterini itirdi

Ukrayna Silahlı Qüvvələrinə aid Mi-24 helikopteri döyüş tapşırığından geri qayıtmayıb, ekipaj üzvləri həlak olub.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Xerson" 11-ci əlahiddə ordu aviasiyası briqadası məlumat yayıb.


"Təəssüf hissi ilə itki barədə bildiririk. Silahdaşlarımız - Mi-24 helikopterinin heyəti döyüş tapşırığından qayıtmayıb. Onlar əsl vətənpərvər, ləyaqətli insanlar və nümunəvi zabitlər idilər", - briqadanın məlumatında bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər