Kriminal
Ağcabədidə 19 bıçaq zərbəsi vurulan azyaşlının son durumu açıqlandı
Bir neçə gün öncə Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq zərbəsi vurulan azyaşlının vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Fevralın 4-də saat 18 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Mənbə
oxu.az