Kriminal

Fəzail Ağamalının ölüm səbəbi məlum oldu

09 Feb 2026, 21:06 4 baxış
Fəzail Ağamalının ölüm səbəbi məlum oldu

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının ölümü ilə bağlı bəzi təfərrüat bəlli olub.


Axar.az xəbər verir ki, bu barədə Teleqraf mərhumun ailəsinə istinadla məlumat yayıb.


Belə ki, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı oteldə ürəktutmasından dünyasını dəyişib.


F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər