Dünya

Ermənistan ABŞ-dən "V-BAT" dronları aldı: Paşinyan detalları açıqladı

09 Feb 2026, 20:10 2 baxış
Ermənistan ABŞ-dən "V-BAT" dronları aldı: Paşinyan detalları açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ-dən hərbi dronlar aldığını açıqlayıb. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, o, ABŞ vitse-prezidenti Cey Di Venslə birgə keçirdiyi brifinqdə bildirib: "Hərb və müdafiə sahəsində əməkdaşlıqda da əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Çoxvektorlu ikitərəfli əməkdaşlığımızı və üçillik aktiv hərbi təlimlərimizi davam etdirərək, Ermənistan ABŞ-dən "V-BAT" pilotsuz uçuş aparatları əldə edib. Onların effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub", - deyə Ermənistanın baş naziri vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər