Dünya
Paşinyan Trampın Sülh Şurasının ilk iclasında iştirak etmək dəvətini qəbul edib
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında nizamlanma üzrə Sülh Şurasının ilk iclasında iştirak etmək dəvətini qəbul edib. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, baş nazir bunu ABŞ vitse-prezidenti Cey Di Venslə mətbuata birgə açıqlamasında bildirib. "Mən Ermənistanın ABŞ administrasiyasının sülh təşəbbüslərini, o cümlədən Sülh Şurasının fəaliyyətini dəstəkləmək niyyətini bir daha təsdiqlədim. Qeyd etmək istərdim ki, Prezident Trampın Sülh Şurasının fevralın 19-da keçiriləcək ilk iclasında iştirak etmək dəvətini aldım və onu məmnuniyyətlə qəbul etdim", - deyə Paşinyan bildirib.
Mənbə
oxu.az