Dünya

İspaniyada maşinistlər tətil etdi, 300-dan çox qatar reysi ləğv olundu

09 Feb 2026, 17:48 2 baxış
İspaniyada maşinistlər tətil etdi, 300-dan çox qatar reysi ləğv olundu
İspaniyada qatar maşinistlərinin üçgünlük tətili başlayıb. Nəticədə elə ilk gündə 330-dan çox yüksəksürətli, sərnişin və şəhərətrafı qatar xidmətləri ləğv edilib. Tətilçilər ölkənin dəmir yollarında təhlükəsizlik standartlarının aşağı olmasına etiraz edirlər. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, tətilə yanvar ayında Kordova və Kataloniyada qatarların relsdən çıxması səbəb olub. Tətil dəmir yolu şirkətlərii "Renfe" və "Semaf"ın həmkarlar ittifaqları tərəfindən təşkil edilib.
Etirazçılar dəmir yolu infrastrukturunun təhlükəsizliyinə cavabdeh olanların cinayət məsuliyyətinə cəlb edilməsini də tələb edirlər. İspaniya Nəqliyyat Nazirliyi ilə buna dair danışıqlar yanvar ayının sonundan bəri davam edir, lakin heç bir razılıq əldə edilməyib. Sözügedən ölkədə qatarlar gündə təxminən 1.4 milyon sərnişin daşıyır və təxminən 5 min səfər həyata keçirirlər. Yüksəksürətli dəmiryol xətlərinin uzunluğu 3 min km-dən çoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər