Digər

"Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb

09 Feb 2026, 17:49 2 baxış
"Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb
Sərfəli mobil operator "Nar"ın tərəfdaşlığı ilə Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş "GəncVİZYON" ideyatonu uğurla yekunlaşıb. Layihə çərçivəsində 18-29 yaş aralığında 240 gənc 40 komanda şəklində gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalar üzərində çalışıblar. Mentorların dəyərləndirməsi nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb. İdeyatonun final mərhələsində komandalar ideyalarını münsiflər heyətinə təqdim edib və nəticələrə əsasən üç komanda qalib elan olunub. Bağlanış mərasimində rəsmi şəxslər və tərəfdaşlar bu cür təşəbbüslərin gənclərin strateji düşüncə və gələcəyə yönəlmiş baxışlarının formalaşmasında əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq təşkil edilən bu layihənin əsas məqsədi təşəbbüskar və innovativ gənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir. Hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən "Nar" son altı il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən, Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir "eSim" texnologiyası təqdim edir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər