Digər

İranda hərbçilərə silahlı hücum edildi: yaralananlar var

09 Feb 2026, 17:28 22 baxış
İranda hərbçilərə silahlı hücum edildi: yaralananlar var

Bu gün İranın Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində hərbçilərin avtomobilinə silahlı hücum olub.


Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.


Məlumata görə, hücum nəticəsində biri polkovnik olmaqla 3 hərbçi yaralanıb.


Rəsmi dövlət mediası isə yaralananların mülki şəxslər olduğunu yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər