Digər
Qazaxıstanda ana uşaqlarını beşinci mərtəbədən atdı
Qazaxıstanın Taraz şəhərində ana uşaqlarını yaşadığı binanın beşinci mərtəbəsindən atıb.
Axar.az xəbər verir ki, bu barədə “Nur.kz” saytı məlumat yayıb.
“2021 və 2023-cü il təvəllüdlü uşaqlar möcüzəvi şəkildə sağ qalıb, lakin qapalı kəllə-beyin travmaları alıblar. Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlanılıb, şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - məlumatda bildirilib.
Qadının bu hərəkətinin səbəbləri açıqlanmayıb.
Mənbə
axar.az