Dünya

İsrail qüvvələri Livanın cənubunda islamçı komandiri əsir götürüb

09 Feb 2026, 15:14 2 baxış
İsrail qüvvələri Livanın cənubunda islamçı komandiri əsir götürüb
İsrail xüsusi təyinatlı qüvvələri Livana soxularaq radikal təşkilat olan "Əl-Camaa əl-İslamiyyə"nin silahlı qanadı sayılan "Qüvvət əl-Fəcr" qrupunun komandirlərindən birini əsir götürüb. Oxu.Az xəbər verir ki, bu barədə qrupun "X"də yayılan açıqlamasında bildirilib. Açıqlamada əlavə olunub ki, əməliyyat ötən gecə Hasbaya sərhəd sektorundakı Əl-Xabbariya kəndində həyata keçirilib. "Hərbi nümayəndəmiz Atvi Atvi evindən qaçırılaraq İsrail ərazisinə aparılıb", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər