Dünya

Kubada enerji böhranı: Aviaşirkətlərə yanacaq çatışmazlığı ilə bağlı xəbərdarlıq edildi

09 Feb 2026, 14:34 2 baxış
Kubada enerji böhranı: Aviaşirkətlərə yanacaq çatışmazlığı ilə bağlı xəbərdarlıq edildi
Enerji böhranının kəskinləşməsi fonunda Kuba hakimiyyəti aviadaşıyıcılara tezliklə təyyarə yanacağında defisitin yaranacağını bildirib. Oxu.Az-ın "Efe" agentliyinə istinadən xəbərinə görə, ölkədə təyyarə yanacağı ehtiyatları artıq 24 saat ərzində tükənə bilər. Havanadakı Xose Marti Beynəlxalq Hava Limanı tərəfindən verilən NOTAM-a (Uçuş və yer təhlükəsizliyinə təsir edə biləcək müəyyən mühüm vəziyyətlər barədə hava işçilərinə məlumat vermək üçün dərc edilmiş bildiriş - red.) görə, Kubanın doqquz beynəlxalq hava limanında bir ay - 10 fevraldan 11 marta qədər "Jet A-1" təyyarə yanacağı olmayacaq. "Ciber Cuba" portalının məlumatına görə, Havana, Varadero, Syenfueqosa, Santa-Klara, Kamaqueya, Kayo-Koko, Olgina, Santyaqo-de-Kuba və Mansanilyo hava limanlarında bu növ yanacağın doldurulması mümkün olmayacaq. Məhdudiyyətlər həm beynəlxalq, həm də bəzi daxili uçuşlara təsir edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər