Dünya

Venesuelada Mariya Korina Maçadonun yaxın tərəfdaşı qaçırıldı

09 Feb 2026, 13:12 2 baxış
Venesuelada Mariya Korina Maçadonun yaxın tərəfdaşı qaçırıldı
Venesuelalı siyasi məhbus həbsxanadan buraxıldıqdan bir neçə saat sonra qaçırılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Venesuela müxalifət lideri Mariya Korina Maçado öz "X" hesabında məlumat verib. Məlumata görə, qaçırılan Xuan Pablo Quanipa Maçadonun ən yaxın tərəfdaşlarından biridir. "Dörd avtomobildə gələn və mülki geyimdə olan silahlı şəxslər onu zorla aparıblar. Biz onun dərhal azad edilməsini tələb edirik", - deyə Maçado yazıb. Qeyd edək ki, bir gün əvvəl Venesuela hakimiyyəti onlarla müxalifətçini azad edib. Onların arasında səkkiz aydır həbsdə olan Quanipa da olub. "Mən əminəm ki, ölkəmiz tamamilə dəyişib. İndi hər şey bizdən asılıdır - biz azad və demokratik ölkənin yaradılması üzərində diqqəti cəmləməliyik", - deyə Quanipa azadlığa buraxıldıqdan qısa müddət sonra jurnalistlərə bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər