Rusiya məşhur reperi qiyabi həbs etdi
Rusiyalı reper “Oxxxymiron”a (Oksimiron, əsl adı - Miron Fyodorov) hökm oxunub.
Axar.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Dariya Lebedeva məlumat yayıb.
“Miron Fyodorov Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-9-cu hissələrində nəzərdə tutulmuş hər hansı bir inzibati xətaya görə inzibati cəzaya məruz qalan şəxs tərəfindən törədilən xarici agentin fəaliyyəti ilə bağlı prosedurların pozulması) ilə ittiham olunur", - məlumatda bildirilib.
Məhkəmə reperin Rusiya Federasiyasına ekstradisiya edildiyi və ya saxlanıldığı tarixdən etibarən iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmənin məlumatına görə, “Oxxxymiron”un harada olduğu hələ də məlum deyil.