Kriminal

DSX-dən İranla sərhəddə əməliyyat: Saxlanılanlar var

09 Feb 2026, 12:37 2 baxış
DSX-dən İranla sərhəddə əməliyyat: Saxlanılanlar var
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri - 1991-ci təvəllüdlü Şəhriyar Səlim oğlu Hüseyinov və 2001-ci il təvəllüdlü Səttar Niyazi oğlu Əliyev cinayət məsuliyyətinə cəlb olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər